Bank Of Baku

Gələn ay «Royal Bank» səhmdarlarının növbəti iclası keçiriləcək

Gələn ay «Royal Bank» səhmdarlarının növbəti iclası keçiriləcək
# 26 noyabr 2011 07:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin dekabr ayının 26-da Azərbaycanın «Royal Bank» ASC-nin səhmdarlarının ümumi iclası keçiriləcək.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, iclasda səhmdarlar tərəfindən bankın yeni səhmlərinin buraxılması və Müşahidə Şurasının tərkibi haqqında müzakirələr aparılacaq.

Xatırladaq ki, təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» ASC 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 186,144 mln. manat, kredit portfeli 133,099 mln. manat, depozit portfeli 76,357 mln. manat, məcmu kapitalı 20,779 mln. manat, o cümlədən nizamnamə kapitalı 22,139 mln. manat təşkil edib.

Bankın ölkə üzrə 32 filialı, 32 bankomatı və 113 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR