Bank Of Baku

«Texnikabank» depozit portfelini 27% genişləndirib

«Texnikabank» depozit portfelini 27% genişləndirib
# 26 noyabr 2011 08:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Texnikabank» ASC-nin aktivlərinin həcmi 2011-ci ilin noyabr ayının 1-nə 596,748 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin noyabr ayının 1-nə olan göstərici ilə müqayisədə 27% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 26,5% genişlənərək 281,360 mln. manat, kredit portfeli 17% artaraq 425,786 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 1,8% azalaraq 36,381 mln. manat olub.

Bununla yanaşı, bankın məcmu kapitalı 64% artaraq 102,894 mln. manat, o cümlədən nizamnamə kapitalı 21% artaraq 64,755 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir il ərzində bankın ümumi gəlirləri 1,3% azalaraq 50,368 mln. manat, xərcləri isə 1,2% azalaraq 43,599 mln. manat olub. Nəticədə, qeyd olunan dövr ərzində bankın əldə etdiyi mənfəətin həcmi 6,769 mln. manat təşkil edib.

«Texnikabank» 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın 35 filialı, 90 bankomatı, 1131 POS-terminalı və 686 işçisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR