Bank Of Baku

Ötən həftənin sonunda amerikalılar 52,4 mlrd. dollar xərcləyiblər

Ötən həftənin sonunda amerikalılar 52,4 mlrd. dollar xərcləyiblər
# 28 noyabr 2011 10:53 (UTC +04:00)
Bakı - APA-Economics. Ötən həftənin sonunda - “qara cümə” və istirahət günlərində amerikalılar 52,4 mlrd. dollar xərcləyiblər.

APA-Economics”in CNN-ə istinadən xəbərinə görə, əhəmiyyətli dərəcədə endirimlər edilməsi pərakəndə satıcılara rekord məbləğdə gəlir əldə etmək imkanı verib.

ABŞ Milli Pərakəndə Satış Federasiyasından bildirilib ki, ötən ilin müvafiq dövründə bundan 16% az - 45 mlrd. dollar xərclənib. Bundan başqa, alış-verişlə məşğul olan sayı da artaraq, 212 mln. nəfərdən 226 mln. nəfərə yüksəlib. Alış-verişin orta çeki bu il 398,62 dolar, ötən il isə 365,34 dollar olub.

Qeyd edək ki, ABŞ-da “şükranlıq günü”ndən sonrakı ilk cümə “qara cümə” (Black Friday) adlanır. Həmin gün bir çox mağazalar sübh tezdən, iri ticarət şəbəkələri isə gecə yarıdan açılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR