Bank Of Baku

Azərbaycanda xidmətlər indeksi artıb

Azərbaycanda xidmətlər indeksi artıb
# 28 noyabr 2011 12:12 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlər indeksi 2011-ci ilin oktyabr ayı üzrə 104,9% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici sentyabr ayı ilə müqayisədə 0,5 faiz bəndi artıb.

Xidmətlər indeksi hesabat ayı ərzində pullu xidmətlərin həcminin əvvəlki ayın eyni göstəricisinə nisbəti kimi hesablanır. İndeksin artması hesabat ayı ərzində əhaliyə göstərilən xidmətlərin həcminin aylıq artım tempinin artmasından xəbər verir. Eyni zamanda, indeksin 100%-dən yüksək olması hesabat ayında xidmətlərin pul ifadəsində həcminin əvvəlki ayla müqayisədə artmasını göstərir.

Belə ki, sentyabr ayında əhaliyə 482 mln. manat həcmində pullu xidmətlər göstərilibsə, oktyabrda bu həcm 506 mln. manata yüksəlib. Müqayisə üçün bildirək ki, avqust ayında bu göstərici 451,5 mln. manata bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR