Bank Of Baku

«Rabitəbank» nizamnamə kapitalını artırır

«Rabitəbank» nizamnamə kapitalını artırır
# 28 noyabr 2011 12:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Rabitəbank» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 20,29 manat, sayı 266 815 ədəd, emissiyanın ümumi həcmi isə 5 413 676,35 manat təşkil edir.

Birja mütəxəssislərinin fikrincə, «Rabitəbank»ın artıq yaxın vaxtlarda yeni səhm emissiyasının yerləşdirilməsinə başlayacağı gözlənilir. Yerləşdirmə uğurla başa çatdıqdan sonra, bankın nizamnamə kapitalı 40% artaraq 18,9 mln. manata çatacaq.

Qeyd edək ki, «Rabitəbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari il oktyabr ayının 1-nə bankın aktivləri 126,132 mln. manat, kredit portfeli 85,056 mln. manat, depozit portfeli 71,374 mln. manat, məcmu kapitalı 17,567 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,471 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR