Bank Of Baku

ABŞ borc böhranı ilə mübarizədə Avropaya maliyyə yardımı göstərməyəcək

ABŞ borc böhranı ilə mübarizədə Avropaya maliyyə yardımı göstərməyəcək
# 29 noyabr 2011 08:39 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ prezidenti Barak Obama maliyyə böhranı ilə mübarizədə Avropa İttifaqına (Aİ) maddi yardım edilməsini istisna edib. “APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, bu bəyanatla o, Vaşinqtonda keçirilən Aİ-ABŞ sammitində çıxış edib.

ABŞ prezidenti qeyd edib ki, Aİ ölkələri böhranı müstəqil şəkildə arxada qoya bilərlər və bunun üçün potensialları da var: “ABŞ Avropanın borc böhranından çıxması üçün öz töhfəsini verəcək, amma bu, amerikalı vergi ödəyicilərinin hesabına baş verməyəcək”.

Ağ Ev rəhbəri Avropada sabitliyin kövrək ABŞ iqtisadiyyatı üçün vacib olduğunu vurğulayıb və avropalı liderləri borc böhranını həll etmək üçün tələsməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR