Bank Of Baku

IFC yeni maliyyə məhsullarının inkişaf etdirilməsi sahəsində «Turanbank»a yardım göstərəcək

IFC yeni maliyyə məhsullarının inkişaf etdirilməsi sahəsində «Turanbank»a yardım göstərəcək
# 29 noyabr 2011 08:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Beynəlxalq Maliyyə Korporasiyası (IFC - Dünya Bankı Qrupunun üzvü) Azərbaycanın «Turanbank» ASC-yə risklərin idarə edilməsinə tətbiqi yanaşmanın gücləndirilməsi və kiçik və orta müəssisələr üçün yeni maliyyə məhsullarının inkişaf etdirilməsi sahəsində yardım göstərəcək.

IFC-nin Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, IFC «Turanbank»a kredit siyasəti və risklərin idarə edilməsi sahəsində əməliyyatların təkmilləşdirilməsi, kiçik və orta müəssisələr üçün xüsusi strategiyanın işlənib hazırlanması və bu sahənin müştəri seqmenti üçün yeni maliyyə məhsulları və xidmətlərinin təklif edilməsi sahəsində məsləhətlər verəcək.

Bankın İdarə Heyətinin sədr müavini Fəzayıl Musayevin sözlərinə görə, kiçik və orta müəssisələrə xidmətlərin göstərilməsi «Turanbank»ın ümumi strategiyasının mühüm elementidir: «Biz, risklərin idarə edilməsinin təkmilləşdirilməsi sahəsində IFC ilə birgə əməkdaşlıq fürsətini yüksək dəyərləndiririk və ümid edirik ki, bu fəaliyyət daha təkmil kreditləşdirmə və risklərin idarə edilməsi praktikası və nəticə etibarilə daha təkmil xidmətlərin göstərilməsi ilə nəticələnəcək».

Qeyd edək ki, «Turanbank» 2009-cu ildən IFC ilə əməkdaşlıq edir. IFC banka korporativ idarəetmə praktikasının təkmilləşdirilməsi sahəsində köməklik göstərib və 2011-ci ilin iyun ayında Azərbaycanda kiçik və orta müəssisələrə ayrılan kreditlərin artırılması məqsədilə «Turanbank»a 7 mln. ABŞ dolları həcmində kredit ayırıb.

Xatırladaq ki, Azərbaycan IFC-yə 1995-ci ildə üzv olub. Cari il oktyabr ayının 1-nə IFC-nin Azərbaycan üzrə cari kredit portfeli 139 mln. ABŞ dolları təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR