Bank Of Baku

«Qarant İnvest» şirkətinə yeni lisenziya verilib

«Qarant İnvest» şirkətinə yeni lisenziya verilib
# 29 noyabr 2011 09:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın fond bazarında broker fəaliyyəti ilə məşğul olan şirkətə yeni lisenziya verilib.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən (QKDK) «APA-Economics»ə verilən məlumata görə, Komitə tərəfindən «Qarant İnvest» MMC-yə broker fəaliyyəti ilə məşğul olmaq üçün 5 il müddətinə yeni xüsusi razılıq (lisenziya) verilib.

«Beləliklə, hazırda qiymətli kağızlar bazarında 13 broker fəaliyyəti, 11 diler fəaliyyəti və 2 qiymətli kağızların idarə olunması, 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası və 1 klirinq üzrə peşəkar fəaliyyətə verilmiş lisenziyalar qüvvədədir», - deyə QKDK-dan bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR