Bank Of Baku

Medvedev: “Rusiya iqtisadiyyatı böyüklüyünə görə dünyada 6-cı yerə qalxıb”

Medvedev: “Rusiya iqtisadiyyatı böyüklüyünə görə dünyada 6-cı yerə qalxıb”
# 22 dekabr 2011 11:51 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiya iqtisadiyyatı böyüklüyünə görə dünyada 6-cı yerə qalxıb. “APA-Economics”in xəbərinə görə, bunu Rusiya prezidenti Dmitri Medvedev bəyan edib.

“Biz mürəkkəb iqtisadi təbəddülatlar dövrünü müvəffəqiyyətlə keçdik və böhrana qədərki inkişaf göstəricilərinə qayıtdıq. İqtisadiyyatımız ildə 4% artır ki, bu da aaprıcı ölkələrin bərpa sürətindən artıqdır” - deyə prezident qeyd edib.

D.Medvedevin sözlərinə görə, büdcə sektorunda çalışanların əksəriyyətinin maaş və pensiyaları böhrandan əvvəl planlaşdırılandan daha sürətlə artıb: “Bu gün ölkədə heç kim regional yaşayış minimumundan az pensiya almır. Bu il Rusiyada tarixdə ilk dəfə olaraq ən az - cəmi 6-7% inflyasiya qeydə alınıb. Ölkədəki yoxsulların da sayı son 20 ildə ən aşağı həddə düşüb. Bütün bunlar onu göstərir ki, neft gəlirləri hesabına ehtiyat yaratmaq siyasəti çox düzgündür. Məhz bu ehtiyatlar sayəsində hökumət və Rusiya Bankı valyuta böhranına imkan verməyib”.

Qeyd edək ki, 2010-cu ildə Rusiya iqtisadiyyatı böyüklüyünə görə dünyada 8-ci olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR