Bank Of Baku

«Deka Bank»ın aktivləri bu il 10% artıb

«Deka Bank»ın aktivləri bu il 10% artıb
# 22 dekabr 2011 13:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Deka Bank» ASC-nin aktivlərinin həcmi 2011-ci il dekabrın 1-nə 48,032 mln. manat təşkil edib ki, bu da cari ilin əvvəli ilə müqayisədə 9,1% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 57% azalaraq 7,359 mln. manat, o cümlədən əhalinin əmanətləri 50% azalaraq 5,705 mln. manat olub. Həmçinin, bankın kredit portfeli 7% artaraq 41,350 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi təxminən 77% artaraq 20,171 mln. manat təşkil edib.

Hesabat dövründə bankın məcmu kapitalı 30% artaraq 18,261 mln. manat, o cümlədən nizamnamə kapitalı 7,8% artaraq 13,417 mln. manat təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında bankın ümumi gəlirləri 43% artaraq 7,399 mln. manata, xərcləri isə 26% azalaraq 3,013 mln. manat olub. Nəticədə, qeyd olunan dövrdə bankın mənfəəti 6,6% artaraq 4,386 mln. manat təşkil edib.

Xatırladaq ki, «Deka Bank» ASC 1992-ci ildə fəaliyyətə başlayıb. Cari il dekabrın 1-nə bankın 7 filialı, 1 bankomatı, 17 POS-terminalı və 99 işçisi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR