Bank Of Baku

«AzSığorta» nizamnamə kapitalını kəskin artırır

«AzSığorta» nizamnamə kapitalını kəskin artırır
# 22 dekabr 2011 14:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «AzSığorta» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 198 597,18 manat, sayı 100 ədəd, emissiyanın ümumi həcmi isə 19 859 718 manat təşkil edir. Emissiya «AzSığorta»nın bundan əvvəl qeydiyyata alınmış (hər birinin nominal dəyəri 94 457,01 manat olan 100 ədəd – 9 445 701 manatlıq) adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Konvertasiya nəticəsində sığorta şirkətinin nizamnamə kapitalı 2,1 dəfə artaraq 19 859 718 manata çatacaq.

Xatırladaq ki, «AzSığorta» şirkəti 2006-cı ilin dekabrında fəaliyyətə başlayıb. Ölkə üzrə 7 filialı və 40-dan çox nümayəndəliyi olan şirkət müştərilərə 25 könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir. Cari il dekabrın 1-nə şirkətin nizamnamə kapitalının həcmi 9,446 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR