Bank Of Baku

«Access Bank»ın ayırdığı kreditlərin sayı 500 minə çatıb

«Access Bank»ın ayırdığı kreditlərin sayı 500 minə çatıb
# 23 dekabr 2011 08:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün «Access Bank» QSC 500 mininci kreditini verdiyini elan edib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu, ölkənin özəl bankları arasında ən yüksək göstəricilərdən biridir. Ümumilikdə, yarandığı gündən – 2002-ci ildən etibarən bank 250 mindən artıq müxtəlif müştərinin maliyyələşdirilməsinə 1,75 mlrd. ABŞ dollarından artıq vəsait sərf edib. Orta hesabla, ay ərzində bank 10 min müştərini maliyyələşdirir, bu günədək «Access Bank»dan kredit almış müştərilərin ümumi sayı isə 115 min nəfərdən çoxdur.

Bankın baş meneceri Endrvu Pospielovskinin sözlərinə görə, hazırda bankın müştərilərinin ümumi sayı təxminən 175 minə çatıb. «Təkcə bu ilin noyabrında bankda aparılan bütün əməliyyatlar üzrə xidmət göstərilən müştərilərin sayı 130 mindən artıq olub», - deyə E. Pospielovski bildirib.

Xatırladaq ki, «Access Bank» 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «Access Holding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir. Bankın ölkə üzrə 28 filialı, 29 bankomatı və 49 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR