Bank Of Baku

Azərbaycan Sığortaçılar Assosiasiyasının nizamnaməsinə dəyişikliklər edilib

Azərbaycan Sığortaçılar Assosiasiyasının nizamnaməsinə dəyişikliklər edilib
# 23 dekabr 2011 10:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təsisçilərinin növbədənkənar iclasında qurumun yeni nizamnaməsi təsdiqlənib.

ASA-dan «APA-Economics»ə verilən məlumata görə, yeni nizamnaməyə əsasən, qurumun Müşahidə Şurası üzvlərinin sayının 5-dən 9-a çatdırılması, Müşahidə Şurasının sədri vəzifəsinin ləğv edilməsi nəzərdə tutulur.

İclasda həmçinin Müşahidə Şurasının yeni tərkibi təsdiq edilib. Belə ki, «Standard Insurance», «Azərsığorta», «Atəşgah», «AXA-Mbask», «AzSığorta», «AzRe Təkrarsığorta» və «İpək Yolu Sığorta» şirkətləri Şuranın 2012-ci üçün yeni üzvləri kimi müəyyənləşib. Bu il Şurasının tərkibində «Standard Insurance», «Azərsığorta», «Atəşgah», «AXA-Mbask» və Beynəlxalq Sığorta Şirkəti olub.

Bundan başqa, təsisçilərin digər qərarı ilə ASA-nın icraçı direktoru vəzifəsi sədr vəzifəsi ilə əvəz edilib.

Qeyd edək ki, ASA-nın yeni nizamnaməsi yanvardan qüvvəyə minəcək.

Xatırladaq ki, ASA 2006-cı ilin dekabrında təsis olunub. Hazırda 27 sığorta şirkəti qurumun üzvdür. Sığorta təşkilatlarının ödədiyi illik üzvlük haqqı 5 min manat təşkil edir. ASA-nın 2011-ci il üzrə büdcəsi təxminən 150 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR