Bank Of Baku

Asiya İnkişaf Bankı Azərbaycana növbəti 200 mln. dolların ayrılmasını təsdiq edib

Asiya İnkişaf Bankı Azərbaycana növbəti 200 mln. dolların ayrılmasını təsdiq edib
# 23 dekabr 2011 10:34 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə AİB-in rəsmi veb-saytında bildirilir.

Ümumi həcmi 200 mln. ABŞ dolları olan üçüncü tranş Masallı-Astara avtomobil yolunun tikintisinin davam etdirilməsinə yönəldiləcək. MFF üzrə dördüncü tranşın ayrılmasına dair məsələyə AİB-in Direktorlar Şurasında gələn il baxılacaq ki, bu tranşın həcmi 44,6 mln. dollar məbləğindədir. Bu vəsaitin hansı yolun tikintisinə yönəldiləcəyi hələ müəyyənləşməyib.

Qeyd edək ki, MFF-nin ümumi həcmi 500 mln. dollar təşkil edir. AİB Azərbaycana sözügedən paket çərçivəsində iki tranş ayırıb ki, ilk tranş (200 mln. dollar) Masallı-Astara avtomobil yolu, ikinci tranş isə (55,4 mln. dollar) Gəncə dairəvi avtomobil yolunun tikintisinə yönəldilib.

Ümumiyyətlə, Masallı-Astara yolunun tikintisi üçün AİB-lə yanaşı Azərbaycan hökuməti də 49 mln. dollar ayırıb. Masallı-Astara yolunda ümumi hesabla iki hərəkət hissəli avtomobil yolu, 18 körpü, 4 piyada keçidi, drenaj qurğuları, müxtəlif səviyyəli yol kəsişmələri, yol ötürücüsü, 4 istirahət zonası, kommunikasiya xətlərinin köçürülməsi və s. işlərini həyata keçirəcək.

Gəncə dairəvi avtomobil yolunun tikintisi ümumilikdə 73,9 mln. dollar məbləğində qiymətləndirilir. Çatmayan 18,5 mln. dolları Azərbaycan hökuməti ayıracaq.

Xatırladaq ki, Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Əməkdaşlıq dövrü ərzində AİB Azərbaycana 687,4 mln. dollar həcmində kredit, 13,1 mln. dollar məbləğində qrant ayırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR