Bank Of Baku

Azərbaycanda avtomobillərin könüllü sığortalanması bazarı 24% artıb

Azərbaycanda avtomobillərin könüllü sığortalanması bazarı 24% artıb
# 23 dekabr 2011 12:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə 39,350 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 24,3% çoxdur.

«APA-Economics»in apardığı araşdırmaya görə, qeyd olunan dövr ərzində bu sığorta növü üzrə ən çox yığım «Atəşgah Sığorta», «AXA-Mbask» «Standard Insurance», «Azərsığorta» və Beynəlxalq Sığorta Şirkəti tərəfindən aparılıb.

Bu müddət ərzində avtonəqliyyat vasitələrinin sığortası üzrə sığorta hadisələri üzrə həyata keçirilən ödənişlərin həcmi 14,704 mln. manat olub ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 10% çoxdur.

Qeyd edək ki, son bir il ərzində «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası» üzrə yığım 6,1% azalaraq 875,450 min manat, «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» üzrə isə 16,7% artaraq 4,093 mln. manata çatıb.

«Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası» üzrə baş verən sığorta hadisələri üzrə ödənişlərin həcmi 255,280 min manat, «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» üzrə isə 905,207 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə müvafiq olaraq 3 dəfə və 50% çoxdur.

Xatırladaq ki, 2011-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda sığorta təşkilatlarının məcmu daxilolmaları 193,111 mln. manat, ödənişləri isə 55,948 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR