Bank Of Baku

«Standard & Poor’s» Azərbaycanın suveren reytinqini artırıb

«Standard & Poor’s» Azərbaycanın suveren reytinqini artırıb
# 23 dekabr 2011 12:38 (UTC +04:00)
Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycanın reytinqinin investisiya səviyyəsinə qaldırılması ölkəyə daxil olan neft gəlirlərinin sürətlə artmasını və onların ölkənin olduqca güclü daxili və xarici netto-kreditor mövqeyinin formalaşması məqsədilə səmərəli idarə olunmasını əks etdirir. Bununla yanaşı, «Standard & Poor’s» Azərbaycanda güclü fiskal siyasətin aparılmasını da xüsusi vurğulayıb.

«Hadisənin əhəmiyyəti ondan ibarətdir ki, hazırda dünyada baş verən maliyyə böhranı şəraitində «Standard & Poor’s» bu yaxınlarda Avropanın 15 aparıcı ölkəsinin, o cümlədən Almaniya və Fransa kimi ölkələrin reytinqinin aşağı salınması ehtimalının gündəmdə olduğunu elan edib. Belə bir mürəkkəb vəziyyətdə Azərbaycanda gedən proseslərin müstəqil beynəlxalq şirkət tərəfindən yüksək qiymətləndirilməsi ölkəmizə beynəlxalq maliyyə icmasının etimadının, hökumətin və ölkənin iri şirkətlərinin beynəlxalq maliyyə bazarlarında borclanma məqsədilə qiymətli kağızların emissiyası üçün əlverişli şəraitin mövcudluğunun göstəricisi olmaqla yanaşı, Azərbaycanın beynəlxalq kapital bazarlarına daha asanlıqla çıxışı üçün olduqca münbit şərait yaradır», - deyə Nazirlikdən bildirilib.

Qeyd edək ki, Azərbaycan ilk investisiya səviyyəli reytinqini «Fitch» beynəlxalq reytinq agentliyi tərəfindən 2010-cu ilin mayında alıb. Beləliklə, «Standard & Poor’s»un verdiyi reytinq Azərbaycana verilən ikinci investisiya səviyyəli reytinqdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR