Bank Of Baku

Nazir: «Yaxın 10 ildə Azərbaycanda qeyri-neft sektorunun ÜDM-də payı 80%-ə çatdırılacaq»

Nazir: «Yaxın 10 ildə Azərbaycanda qeyri-neft sektorunun ÜDM-də payı 80%-ə çatdırılacaq»
# 23 dekabr 2011 13:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Növbəti 10 ildə Azərbaycan qarşısında duran əsas vəzifə qeyri-neft sektorunun inkişafı hesabına ÜDM-in iki dəfə artırılması, qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisini 80%-ə çatdırmaqdır. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, bu məqsədlə innovativ inkişafın hərtərəfli stimullaşdırılması, sənayeləşmə siyasətinin davam etdirilməsi, sənaye zonalarının yaradılması, müasir texnologiyalar əsasında rəqabət qabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılması, aqrar sektorda intensiv metodların tətbiqinin genişləndirilməsi kimi tədbirlər həyata keçirilməklə Azərbaycan iqtisadiyyatının mümkün qədər qısa vaxt ərzində modernləşməsi ön plana çıxıb.

«İqtisadi artımın yeni mənbələrinin yaradılması istiqamətində işlər davam etdirilir. Bu baxımdan Azərbaycanın tranzit potensialını daha da artıracaq Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin, Beynəlxalq Dəniz Ticarət Limanının, sənaye şəhərciklərinin, ən müasir texnologiyalara əsaslanan gəmiqayırma zavodunun və digər yeni istehsal və emal müəssisələrinin yaradılmasının iqtisadi artımda rolu əhəmiyyətli olacaq», - deyə Ş.Mustafayev bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR