Bank Of Baku

Rusiya Kiprə 2,5 mlrd. avro kredit ayırıb

Rusiya Kiprə 2,5 mlrd. avro kredit ayırıb
# 23 dekabr 2011 14:23 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiya Maliyyə Nazirliyi Kipr Respublikasına 2,5 mlrd. avro kredit ayırmaq haqqında saziş imzalayıb.

APA-Economics”in xəbərinə görə, kreditin ilk tranşı Kiprin hesabına dekabrın 31-nə qədər yatırılacaq ki, bu da Aralıq dənizi respublikasına istiqrazlar üzrə borclarını gələn ilin əvvəlində təkrar maliyyələşdirmək imkanı verəcək.

Kredit güzəştli şərtlərlə - illik 4%-lə, əlavə sanksiya olmadan vaxtından əvvəl bağlamaq imkanı ilə verilir. Kreditin məbləği Kiprin ÜDM-ni 10% üstələyir.

Qeyd edək ki, Kiprin iqtisadiyyatı Avropanın “zəif bəndi” hesab edilən Yunanıstanla sıx bağlı olduğundan, oradakı iqtisadi böhran bu ölkəyə ciddi təsir edib. Nəticədə dünyanın nüfuzlu reytinq agentlikləri Kiprin reytinqini bir neçə pillə aşağı salıblar. Avropa Komissiyası kredit ayırmaqdan imtina etdiyindən, Kipr kömək üçün Rusiyaya müraciət etmək məcburiyyətində qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR