Bank Of Baku

«İnvest-Kredit» istiqraz emissiyasına hazırlaşır

«İnvest-Kredit» istiqraz emissiyasına hazırlaşır
# 26 dekabr 2011 07:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «İnvest-Kredit» bank olmayan kredit təşkilatının faizli sənədsiz adlı təmin edilməmiş istiqrazlarının emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, istiqrazların hər birinin nominal dəyəri 1 000 manat, sayı 300 ədəd, emissiyanın ümumi həcmi isə 300 min manat təşkil edir.

Birja mütəxəssislərinin fikrincə, yeni emissiyanın yerləşdirilməsinə «İnvest-Kredit» şirkəti yaxın vaxtlarda başlayacaq. Sözügedən qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək.

Qeyd edək ki «İnvest-Kredit» MMC 2005-ci ildə «İcma Kredit» adı ilə fəaliyyətə başlayıb və 2008-ci ildə adını dəyişib. Şirkət Qafqazda yeganə mikromaliyyə təşkilatıdır ki, Azərbaycanda yaşayan beynəlxalq qaçqınlara kreditlər verir. Həmin layihəyə 2007-ci ildə başlanılıb ki, 2010-cu ilin yekunları üzrə «İnvest-Kredit» Bakıda yaşayan 50-dən artıq beynəlxalq qaçqına xidmət göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR