Bank Of Baku

Yaxın günlərdə «Günay Sığorta» şirkətinə yeni sədr təyin olunacaq

Yaxın günlərdə «Günay Sığorta» şirkətinə yeni sədr təyin olunacaq
# 26 dekabr 2011 08:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün «Günay Sığorta» şirkəti İdarə Heyətinin sədri və müavinləri vəzifəsinə yeni namizədlər üçün növbəti test imtahanı keçiriləcək.

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən «APA-Economics»ə verilən məlumata görə, imtahanda «İpək Yolu Sığorta» şirkətindən (İdarə Heyətinin üzvlüyünə) 1 namizəd, «AzSığorta» şirkətindən 3 (Təftiş Komissiyasının üzvlüyünə), «Əmrah Sığorta» şirkətindən (İdarə Heyətinin üzvlüyünə) 1 namizəd, «Xalq Sığorta» şirkətindən isə (Daxili Audit Xidmətinin rəhbəri) 1 namizəd iştirak edəcək.

Qeyd edək ki, «Günay Sığorta» şirkəti İdarə Heyətinin sədri vəzifəsini Vüqar Rəcəbov icra edib. Bugünkü imtahanda iştirak edənlər sırasında isə şirkətin sədri vəzifəsinə namizəd kimi İlham Əmiraslanov, sədr müavini vəzifəsinə namizəd isə V.Rəcəbov qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR