Bank Of Baku

«Turanbank»ın aktivləri son bir ildə 32% artıb

«Turanbank»ın aktivləri son bir ildə 32% artıb
# 26 dekabr 2011 10:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Turanbank» ASC-nin aktivlərinin həcmi 2011-ci il dekabrın 1-nə 165,2 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 31,9% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 24,8% artaraq 118,2 mln. manata, əhalinin müddətli əmanətləri 24,8% artaraq 37,5 mln. manata çatıb.

Həmçinin hesabat dövründə bankın məcmu kapitalı 16,8% artaraq 26,5 mln. manat, o cümlədən nizamnamə kapitalı 18,9% artaraq 22 mln. manat təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında bankın balans mənfəəti 5,6% artaraq 3,6 mln. manat təşkil edib.

Xatırladaq ki, təsisçisi 5 hüquqi (21,65%) və 20 fiziki şəxs olan (78,35%) «Turanbank» ASC 1992-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR