Bank Of Baku

Ermənistan və İran ticarət balansını 1 mlrd. dollara çatdırmaq barədə razılığa gəlib

Ermənistan və İran ticarət balansını 1 mlrd. dollara çatdırmaq barədə razılığa gəlib
# 26 dekabr 2011 12:01 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bunu İRNA-ya müsahibəsində İranın xarici işlər naziri Əli Əkbər Salehi bildirib.

Onun sözlərinə görə, bu razılaşma İran prezidenti Mahmud Əhmədinejadın İrana son səfəri zamanı əldə olunub: “İki ölkə arasında diplomatik münasibətlər yüksək səviyyədədir: “Ermənistan İran üçün vacib qonşudur və ikitərəfli münasibətlərimiz 1991-ci ildə Ermənistan müstəqillik əldə etdikdən sonra yaxşılaşmağa başlayıb”.

Nazir qeyd edib ki, İran prezidentinin Ermənistana səfəri zamanı iki ölkə arasında 6 mühüm sənəd imzalanıb. Prezidentlərin müzakirə mövzularından biri gömrük məsələləri və gömrük xidmətlərinin sadələşdirilməsi yollarının tapılması olub: “Tehran və İrəvan arasında iqtisadi-ticari əlaqələrin parlaq gələcəyi var. Ümidvaram ki, ticarət əlaqələrimizin səviyyəsi günü-gündən artacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR