Bank Of Baku

«AXA-Mbask» yeni səhm emissiyasının yerləşdirilməsinə başlayır

«AXA-Mbask» yeni səhm emissiyasının yerləşdirilməsinə başlayır
# 26 dekabr 2011 14:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dekabrın 27-dən etibarən Bakı Fond Birjasında (BFB) «AXA-Mbask» ASC-nin adi adlı sənədsiz səhmlərinin əlavə emissiyasının yerləşdirilməsinə başlanacaq.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 382 manat, sayı 2 620 ədəd, emissiyanın ümumi həcmi isə 1 000 840 manat təşkil edir.

«AXA-Mbask»ın səhmlərinin yerləşdirilməsində adderayter rolunda «Unicapital» şirkəti çıxış edəcək. Yerləşdirmə başa çatdıqdan sonra sığorta şirkətinin nizamnamə kapitalı 17,5% artaraq 6 730 840 manata çatacaq.

Xatırladaq ki, «AXA-Mbask» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları sırasında «AXA Group»un törəmə müəssisəsi olan «AXA Seguros Generales» (51%) və bir fiziki şəxs (49%) çıxış edir. Cari il yanvarın 1-nə şirkətin nizamnamə kapitalı 5,730 mln. manat təşkil edib. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR