Bank Of Baku

«DəmirBank» yeni plastik kartların satışına başlayıb

«DəmirBank» yeni plastik kartların satışına başlayıb
# 11 yanvar 2012 13:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC ölkədə ilk dəfə olaraq müştərilərə «Countdown» adlı plastik kartları təklif edir.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, dünyanın 34 ölkəsində 100 mindən çox, həmçinin Azərbaycanda müxtəlif ticarət və xidmət mərkəzlərində «Countdown» loqotipi ilə xüsusi stikerlər 50%-dək endirimlərin təqdim olunması imkanını əks etdirir.

Bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarovun sözlərinə görə, «Visa Classic» əsasında xüsusi dizaynla və «Countdown» loqotipi ilə hazırlanan yeni kart məhsulunu 200-dək ölkədə istifadə etmək mümkündür. «Bu kartlar üzrə 38 günədək faizsiz kredit xətti də açıla bilər. Kartla kredit xətti əmanətçilərə və iş yerindən arayış əsasında digər müştərilərə təqdim edilir», – deyə Y.Cabbarov bildirib.

Xatırladaq ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR