Bank Of Baku

«Bank of Baku» istehlak kreditlərinin sayını 700 minə çatdırıb

«Bank of Baku» istehlak kreditlərinin sayını 700 minə çatdırıb
# 11 yanvar 2012 13:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC 700 000-ci istehlak kreditini rəsmiləşdirib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, 700 000-ci kredit «Bank of Baku»nun «Xırdalan» filialına müraciət edən Hüseyn Əlihüseyn oğlu Ələkbərova verilib. Müştəriyə məişət texnikasının alışı üçün 930 manat məbləğində 24 ay müddətinə komissiya ödənilmədən simvolik olaraq illik 1% dərəcəsi ilə kredit ayrılıb.

Bundan başqa, «Bank of Baku» qalib müştəriyə «Master Card Gold» plastik kartı təqdim edib.

Xatırladaq ki, «Bank of Baku» ASC 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR