«YapıKredi Bank Azerbaijan» nizamnamə kapitalını artırır
20 aprel 2012 14:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «YapıKredi Bank Azerbaijan» QSC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 0,02 manat, sayı 435 023 488 ədəd, emissiyanın ümumi həcmi isə 8 700 469,76 manat təşkil edir.
Birja mütəxəssislərinin fikrincə, «YapıKredi Bank Azerbaijan»ın artıq yaxın vaxtlarda yeni səhm emissiyasının yerləşdirilməsinə başlayacağı gözlənilir. Yerləşdirmə başa çatandan sonra, bankın nizamnamə kapitalı 22,8% artaraq 46 810 848,8 manata çatacaq.
Xatırladaq ki, təsisçisi Türkiyənin «YapıKredi Bank» (99,8%), «YapıKredi Finansal Kiralama (0,1%) və «YapıKredi Yatırım Menkul Degerler A.Ş» (0,1%) olan «YapıKredi Bank Azerbaijan» 2000-ci ildən fəaliyyət göstərir. Hazırda bankın nizamnamə kapitalı 38 110 379,04 manat təşkil edir.

Maliyyə
Zakir İbrahimov: Qızıl sikkələr "AzerGold" üçün əlavə gəlir mənbəyi formalaşdırıb
15:56
22 may 2024
Birbank-dan daha bir yenilik: Ninja təklifi artıq mobil tətbiqdə
15:55
22 may 2024
Azərbaycan vergi üzrə Çoxtərəfli Konvensiyaya qoşulacaq
15:00
22 may 2024
Ötən ay Azərbaycanda nağdsız ödənişlərin həcmi 6.1 mlrd. manata yüksəlib
14:57
22 may 2024