Bank Of Baku

Azərbaycan dövlət başçısı Dünya Bankının prezidentini təbrik edib

Azərbaycan dövlət başçısı Dünya Bankının prezidentini təbrik edib
# 20 aprel 2012 15:26 (UTC +04:00)
APA-Economics”in məlumatına görə, təbrikdə deyilir: “Dünya Bankının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Biz ölkəmizin Dünya Bankı ilə əməkdaşlığına böyük əhəmiyyət veririk. Azərbaycanda həyata keçirilən iqtisadi islahatlarda, infrastruktur layihələrinin maliyyələşdirilməsində Dünya Bankının yaxından iştirakını məmnunluqla qeyd etmək istərdim.

Ümidvaram ki, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası sahəsində qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün əməkdaşlığımızın daha da dərinləşdirilməsi naminə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Bir daha Sizə öz təbriklərimi yetirir, möhkəm cansağlığı, qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR