Bank Of Baku

Azərbaycan Hesablama Palatasının son kollegiya iclasında bir neçə auditin nəticələri təsdiq edilib

Azərbaycan Hesablama Palatasının son kollegiya iclasında bir neçə auditin nəticələri təsdiq edilib
# 21 aprel 2012 11:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Hesablama Palatası son kollegiya iclasında bir neçə dövlət müəssisələrində və dövlət əsaslı layihələrdə aparılan auditlərin nəticələrinə dair rəy və hesabatları müzakirə edərək təsdiq edib.

Palatadan «APA-Economicsə» verilən məlumata görə, qurum tərəfindən Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən «Kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi-2» layihəsi üzrə dövlət büdcəsi vəsaiti, Dünya Bankından cəlb edilmiş kredit və qrant vəsaitlərinin istifadə vəziyyəti, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Təhsil Nazirliyinin tabeliyində olan Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinə, E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinə, S.Rüstəm adına xarici dillər təmayüllü Gimnaziyaya və Kimya-biologiya təmayüllü Respublika Liseyinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadə olunması üzrə auditlərin nəticələrinə dair rəy və hesabatlar müzakirə olunaraq təsdiq olunub.

Nəzarət tədbirlərinin nəticələri barədə Milli Məclisə məlumatların təqdim edilməsi qərara alınıb.

Kollegiya iclasında, həmçinin Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il üçün büdcəsinin icra vəziyyəti ilə bağlı analitik təhlil işi üzrə proqram da təsdiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR