Bank Of Baku

Azərbaycanlı deputat ATƏT-in İqtisadiyyat və Ətraf Mühit Forumunun İrlandiyada keçiriləcək toplantısında iştirak edəcək

Azərbaycanlı deputat ATƏT-in İqtisadiyyat və Ətraf Mühit Forumunun İrlandiyada keçiriləcək toplantısında iştirak edəcək
# 21 aprel 2012 13:01 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Milli Məclisin deputatı Bəxtiyar Əliyev ATƏT-in XX İqtisadiyyat və Ətraf Mühit Forumunun İrlandiyada keçiriləcək ikinci hazırlıq görüşündə iştirak edəcək. Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Aprelin 22-dən 24-dək Dublin şəhərində baş tutacaq toplantı “Yaxşı idarəçilik təcrübələrinin dəstəklənməsi və sosial-iqtisadi inkişaf naminə Korrupsiyaya qarşı mübarizə” mövzusuna həsr edilib. Görüşün əsas məqsədi bu sahədə ehtiyac və prioritetləri müəyyən etmək, quruma üzv olan ölkələrdə maarifləndirməni və siyasi iradəni gücləndirmək, yaxşı təcrübələrin dəstəklənməsində təşkilatın siyasi rolunun artırılmasından ibarətdir.

Tədbir iştirakçıları korrupsiya ilə mübarizədə ATƏT öhdəliklərinin icrasını nəzərdən keçirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR