Bank Of Baku

Azərbaycanda könüllü avtomobil sığortası bazarı 30% artıb

Azərbaycanda könüllü avtomobil sığortası bazarı 30% artıb
# 21 aprel 2012 14:54 (UTC +04:00)
«APA-Economics»in apardığı araşdırmaya görə, hesabat dövründə avto-qəza hadisələrinə (könüllü sığorta növləri üzrə) görə verilən ödənişlərin həcmi 45% artaraq 4,625 mln. manata çatıb.

Bundan başqa, yanvar-mart aylarında «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü daxilolmaların həcmi 10,955 mln. manat olub ki, bu da əvvəlki ilin müvafiq göstəricisindən 12 dəfə çoxdur. İcbari avtomobil sığortası üzrə ödənişlər isə 61% azalaraq 80,035 min manat təşkil edib.

Qeyd edək ki, könüllü avtomobil sığortası üzrə toplanan yığımların bazar üzrə məcmu sığorta haqlarında xüsusi çəkisi 12,7%, icbari avtomobil sığortası üzrə isə 13% təşkil edib.

Aparılan araşdırmada məlum olub ki, bazarda avtomobil sığortası üzrə ən çox yığımı «AXA-Mbask», «Atəşgah Sığorta», «Standard Insurance», «Azərsığorta», «AzSığorta» və Beynəlxalq Sığorta Şirkətinin payına düşüb.

Xatırladaq ki, 2011-ci ilin yanvar-mart aylarında Azərbaycanda sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının həcmi 81,638 mln. manat, ödənişlər isə 16,630 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR