Bank Of Baku

Azərbaycanda orta və iri müəssisələr ilin sonunadək statistik hesabatlarını elektron formada təqdim edəcək

Azərbaycanda orta və iri müəssisələr ilin sonunadək statistik hesabatlarını elektron formada təqdim edəcək
# 23 aprel 2012 10:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Statistika Komitəsi «elektron hökumət» layihəsi çərçivəsində ona aid məsələləri icra etməkdədir. «APA-Economics»in məlumatına görə, bu barədə Komitənin sədri Arif Vəliyev bildirib.

Onun sözlərinə görə, artıq 2012-ci ilin sonunadək Azərbaycanda fəaliyyət göstərən orta və iri müəssisələr öz hesabatlarını Komitəyə elektron formada təqdim edəcək: «Bundan sonra kiçik müəssisələrin də hesabatlarının elektron formada Dövlət Statistika Komitəsinə təqdim olunacağı gözlənilir. Ümumiyyətlə, «elektron hökumət» layihəsi çərçivəsində bizim üzərimizə düşən məsələlərin öhdəsindən demək olar ki, tam gəlmişik».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR