Bank Of Baku

«Access Bank» son bir ildə depozit portfelini 30% artırıb

«Access Bank» son bir ildə depozit portfelini 30% artırıb
# 23 aprel 2012 11:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Access Bank» QSC-nin aktivlərinin həcmi 2012-ci il aprelin 1-nə 391,391 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstərici ilə müqayisədə 4,4% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 19% artaraq 313,604 mln. manata, o cümlədən istehlak kreditləri təxminən 43% artaraq 32,840 mln. manata, depozit portfeli isə 30% artaraq 128,040 mln. manata, o cümlədən əhalidən cəlb edilən əmanətlərin həcmi 22% artaraq 112,011 mln. manata çatıb.

Bu dövr ərzində bankın məcmu kapitalı 5,5% artaraq 91,247 mln. manat, o cümlədən nizamnamə kapitalı 62% artaraq 67,800 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir ildə bankın gəlirləri 4,4% artaraq 22,815 mln. manat, xərcləri isə 16,2% artaraq 19,889 mln. manat olub. Nəticədə, yanvar-mart aylarında ğankın mənfəəti 38% azalaraq 2,926 mln. manat təşkil edib.

Xatırladaq ki, «Access Bank» QSC 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR