Bank Of Baku

«AXA-Mbask» sığorta şirkəti son bir ildə daxilolmalarını 46% artırıb

«AXA-Mbask» sığorta şirkəti son bir ildə daxilolmalarını 46% artırıb
# 23 aprel 2012 11:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AXA-Mbask» sığorta şirkətinin 2012-ci ilin yanvar-mart aylarında topladığı sığorta haqlarının həcmi 3,842 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 46% çoxdur.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ən çox sığorta haqqı «Avtonəqliyyat vasitələrinin sığortası» (1,454 mln. manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (277,643 min manat), «Yüklərin sığortası» (157,077 min manat) və «Tibbi sığorta» (96,245 min manat) növləri üzrə toplanılıb.

Bu növlərin ümumi daxilolmalarda xüsusi çəkisi müvafiq olaraq 38%, 7,2%, 4,1% və 2,5% təşkil edib.

Ödənişlərə gəldikdə isə son bir ildə şirkətin sığorta riskləri üzrə ödənişləri 2 dəfə artaraq 1,276 mln. manat olub.

Ödənişlərdə 982,484 min manat «Avtonəqliyyat vasitələrinin sığortası», 113,760 min manat «Tibbi sığorta», 84,052 min manat isə «Hava nəqliyyatı vasitələrinin sığortası» növləri üzrə ödənilib.

Xatırladaq ki, 2010-cu ilin oktyabr ayında «Mbask» sığorta şirkətinin nəzarət səhm paketi (51%) «AXA Group»un (Fransa) törəmə şirkəti olan «AXA Sequros generales S.A, De Sequros Y Reasequros» (İspaniya) şirkətinə satılıb. Şirkətin səhmlərinin 49%-i isə yerli fiziki şəxsə məxsusdur.

«AXA-Mbask» sığorta şirkəti 1992-ci ildə «Mbask» adı ilə fəaliyyətə başlayıb. Cari ilin aprelin 1-nə şirkətin nizamnamə kapitalı 6,731 mln. manat təşkil edib. Şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR