Bank Of Baku

Azərbaycanda əhalinin bank əmanətləri son bir ildə 38% artıb

Azərbaycanda əhalinin bank əmanətləri son bir ildə 38% artıb
# 23 aprel 2012 12:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin martın 1-nə Azərbaycanda əhalinin banklardakı əmanətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37,8% artaraq 4 330,6 mln. manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu dövrdə milli valyutada qoyulmuş əmanətlərin həcmi xarici valyuta depozitlərini üstələyərək 2 421,4 mln. manat və ya əmanətlərin ümumi həcminin 55,9%-ni təşkil edib: «Əmanətlərin 77,2%-i özəl banklarda yerləşdirilib».

Qeyd edək ki, 2012-ci ilin mart ayında manatın 1 ABŞ dollarına qarşı orta məzənnəsi 0,79 manat, 100 Rusiya rubluna 2,68 manat, 1 avroya 1,04 manat, ilin əvvəlində isə müvafiq olaraq 0,79 manat, 2,61 manat və 1,03 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR