Bank Of Baku

Azərbaycan BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının 13-cü sessiyasında iştirak edib

Azərbaycan BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının 13-cü sessiyasında iştirak edib
# 23 aprel 2012 12:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Dohada (Qətər) BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) 13-cü sessiyasında iştirak edib.

İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, «İnkişafa yönəlmiş qloballaşma: hərtərəfli və davamlı inkişafa doğru» devizi altında təşkil edilmiş sessiyada və tədbir çərçivəsində keçirilən müxtəlif forumlarda ümumilikdə 190-dan çox ölkənin təmsilçiləri, beynəlxalq təşkilatların rəhbərləri, KİV nümayəndələri iştirak edib.

Tədbirdə yeni iqtisadi meyllər, qlobal maliyyə böhranının nəticələrinin aradan qaldırılması, inkişaf etməkdə olan ölkələrin hərtərəfli və davamlı inkişafının təmin edilməsi məsələlərinə dair müzakirələr aparılıb.

Səfər çərçivəsində Ş.Mustafayevi Qətər əmiri Şeyx Həməd bin Xəlifə Al Tani qəbul edib. Görüşdə iki ölkə arasında əməkdaşlıq, qarşılıqlı ticarət və investisiya imkanları müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR