Bank Of Baku

Azərbaycanda əsas kapitala yatırılan xarici sərmayə I rübdə 19% artıb

Azərbaycanda əsas kapitala yatırılan xarici sərmayə I rübdə 19% artıb
# 23 aprel 2012 12:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart aylarında xarici mənbələrdən Azərbaycanın əsas kapitalına yönəldilmiş vəsaitin həcmi 570,2 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrünə nisbətən xarici mənbələrdən ölkənin əsas kapitalına yönəldilmiş vəsaitin həcmi 18,7% artıb.

«Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən yanvar-mart aylarında əsas kapitala yönəldilmiş xarici vəsaitin 525,5 mln. manatı (92,2%-i) Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Çexiya və Türkiyə investorlarına məxsus olub», - deyə Komitədən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR