Bank Of Baku

«Turanbank» nizamnamə kapitalını artırıb

«Turanbank» nizamnamə kapitalını artırıb
# 23 aprel 2012 14:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Turanbank» ASC-nin nizamnamə kapitalının həcmi 8,2% artaraq 23,804 mln. manata çatıb. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, nizamnamə kapitalının artımı bankın 2011-ci ildə əldə etdiyi mənfəət hesabına həyata keçirilib.

Qeyd edək ki, emissiyanın həcmi 1,804 mln. manat, bir səhmin nominal dəyəri 1 082 manat, səhmlərin ümumi miqdarı isə 22 min ədəd təşkil edib. Emissiya əvvəlki səhmlərin yeni parametrlərə konvertasiyası yolu həyata keçirilib.

Xatırladaq ki, təsisçisi 5 hüquqi (21,65%) və 20 fiziki şəxs olan (78,35%) «Turanbank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 11 filialı, 16 bankomatı, 74 POS-terminalı və 239 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR