Bank Of Baku

«Texnikabank» xaricdən yeni kredit cəlb edib

«Texnikabank» xaricdən yeni kredit cəlb edib
# 24 aprel 2012 07:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Texnikabank» ASC maliyyələşmə mənbələrinin diversifikasiyası məqsədi ilə «Federal Bank of Lebanon SAL.» bankının törəmə şirkəti olan «FBME Bank»ı ilə kredit müqaviləsi imzalayıb.

«Texnikabank»ın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, müqaviləyə əsasən, Azərbaycan bankına bir il müddətinə 5 mln. ABŞ dolları həcmində vəsait ayrılıb.

Qeyd edək ki, «Texnikabank» həmçinin Qara Dəniz Ticarət və İnkişaf Bankı, eyni zamanda İslam İnkişaf Bankı kimi tanınmış beynəlxalq maliyyə institutları ilə də əməkdaşlıq edir.

Xatırladaq ki, «Texnikabank» ASC 1993-cü ildə təsis olunub. Bankın ölkə üzrə 35 filialı, 17 şöbəsi, həmçinin İstanbulda nümayəndəliyi mövcuddur. Hazırda bankın 770 işçidən ibarət personalı ilə müştərilərinə bütün növ bank xidmətləri göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR