Bank Of Baku

Qlobal maliyyə böhranına görə məhkəmə qarşısında dayanan ilk siyasətçi günahkar sayılmayıb

Qlobal maliyyə böhranına görə məhkəmə qarşısında dayanan ilk siyasətçi günahkar sayılmayıb
# 24 aprel 2012 07:40 (UTC +04:00)
APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, ittihamlar təsdiqlənsəydi, sabiq baş naziri 2 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyirdi.

Geir Haarde maliyyə böhranı ilə əlaqədar məhkəmə qarşısında duran ilk siyasətçi olub. Onun işi üzrə dinləmələr 1905-ci ildə məxsusi olaraq hökumət məmurları üçün yaradılmış Landsdomur məhkəməsində keçirilib. Maraqlıdır ki, indiyədək bu məhkəmədən heç vaxt istifadə olunmayıb.

Qeyd edək ki, 2010-cu ilin aprelində xüsusi komissiya Geir Haarde və daha üç siyasətçinin ölkənin maliyyə sistemi barədə həqiqi məlumatları gizlətdiyini üzə çıxarıb. Nəticədə 2008-ci ilin payızında İslandiyanın bank sistemi böhranla üzləşib. Bu səbəbdən hökumət ölkənin iri banklarını təcili milliləşdirib və kömək üçün beynəlxalq qurumlara müraciət edib. 2009-cu ilin yanvarında isə Haarde hökuməti istefaya gedib.

Sabiq baş nazir müdafiə çıxışında bəyan edib ki, nə özü, nə maliyyə tənzimləyiciləri, nə də bankirlər problemin mahiyyətini öncədən dərk edə bilməyiblər: “Böhran vaxtı digər ölkələrdə də banklar iflasa uğrayıb, lakin İslandiyada bunun qarşısını almağa iqtisadiyyatın həcmi imkan verməyib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR