Bank Of Baku

Asiya İnkişaf Bankı Bakıda yeni regional hesabatının təqdimatını keçirib - FOTOSESSİYA

Asiya İnkişaf Bankı Bakıda yeni regional hesabatının təqdimatını keçirib - <font color=red>FOTOSESSİYA</font>
# 24 aprel 2012 11:16 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, təqdimatla çıxış edən AİB-in iqtisadi məsləhətçisi Lan Vu (Lan Wu) qeyd edib ki, təhlildə ümumiyyətlə 45 ölkə, o cümlədən Azərbaycanla bağlı məlumatlar əksini tapıb.

L.Vu bildirib ki, 2011-ci ildə dünya iqtisadiyyatının artım templəri cari ildəkindən bir qədər yüksək olub: «Bu il dünyada, o cümlədən Asiya regionunda iqtisadi artım templəri ötən ilə nisbətən bir qədər az olmasının səbəbi Avrozonada yaşanan resessiyadır. Bu resessiya uzunmüddətli olarsa, nəinki Asiya, ümumiyyətlə bütün dünya iqtisadiyyatı mənfi təsirsiz ötüşməyəcək».

L.Vu qeyd edib ki, dünyada bir çox iqtisadi problemlər və risklərə baxmayaraq, 2012-ci ildə Mərkəzi Asiya və Qafqaz regionunda iqtisadi artımın müşahidə olunacağı gözlənilir.

Öz növbəsində Azərbaycan üzrə iqtisadi icmalı təqdim edən AİB-in ölkədəki daimi nümayəndəliyinin iqtisadçısı Nail Vəliyev bildirib ki, 2012-ci ildə Azərbaycanda ÜDM-in artım tempinin 4,1%, 2013-cü ildə isə 3,5% təşkil edəcəyi gözlənilir: «Eyni zamanda, AİB-in proqnozlarına əsasən, ölkədə inflyasiyanın səviyyəsi 2012-ci ildə 9%, 2013-cü ildə isə 8,5% olacaq. Bununla yanaşı, 2012-ci ildə cari əməliyyatlar balansının ÜDM-ə nisbətinin 22%, 2013-cü ildə isə 19% təşkil edəcəyi gözlənilir».

Azərbaycanın qeyri-neft sektorunun perspektivlərindən danışan N.Vəliyev onu da qeyd edib ki, AİB ölkədə kənd təsərrüfatı və turizm sahələrinin inkişafında böyük potensial görür.

AİB rəsmisi həmçinin vurğulayıb ki, Azərbaycan Dövlət Neft Fondundan büdcəyə həyata keçirilən transfertlər bir qədər aşağı salınmalıdır və bu vəsaitlər daha böyük layihə və proqramlara yönəldilməlidir.

Qeyd edək ki, təqdimat zamanı həmçinin Avropadakı borc böhranının Asiya bölgəsinə təsiri, yüksək iqtisadi göstəricilərə baxmayaraq, Asiya ölkələrində artan bərabərsizlik, bərabərsizliyin artmasının region dövlətlərinə təsiri və s. məsələlər müzakirə olunub.

Xatırladaq ki, Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Bu dövr ərzində Bank tərəfindən Azərbaycana 687,4 mln. ABŞ dolları həcmində kredit ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR