Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı və onun törəmə müəssisələrinin auditi ilə bağlı tender keçirilir

Azərbaycan Beynəlxalq Bankı və onun törəmə müəssisələrinin auditi ilə bağlı tender keçirilir
# 24 aprel 2012 12:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) və onun törəmə müəssisələrinin 2012-ci ilin birinci yarımillik və illik dövrləri üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğun və Beynəlxalq Audit Standartları əsasında auditinin aparılması üçün kənar auditorun seçilməsi məqsədi ilə açıq tender elan edib.

ABB-dən «APA-Economics»ə verilən məlumata görə, tender prosedurası iyun ayının 13-də bankın baş ofisində keçiriləcək. İddiaçılar tender təklifi və bank təminatını iyun ayının 11-dək ABB-yə təqdim etməlidir. Tenderdə iştirak haqqı 1000 manatdır.

Qeyd edək ki, ABB-nin törəmə müəssisələri qrupuna «ABB-Moskva», Beynəlxalq Sığorta Şirkəti, «ABB-Gürcüstan» və «Azericard» Prosessinq Mərkəzi daxildir.

Xatırladaq ki, ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR