Bank Of Baku

Azərbaycana idxal olunan mallar 0,2%, ixrac olunan mallar isə 6,8% bahalaşıb

Azərbaycana idxal olunan mallar 0,2%, ixrac olunan mallar isə 6,8% bahalaşıb
# 24 aprel 2012 14:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycana idxal olunan malların qiymət indeksi 2012-ci ilin fevral ayında əvvəlki aya nisbətən 100,2%, MDB ölkələrindən idxal olunan mallar üzrə 100,3%, digər ölkələrdən idxal olunan mallar üzrə isə 100,2% təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, təsnif edilmiş emal mərhələləri üzrə idxal edilmiş aralıq məhsullarının qiymətləri 0,3% bahalaşıb, istehlak malları 0,2% ucuzlaşıb, investisiya malları və digər malların qiymətləri isə dəyişməz qalıb.

«Ölkədən ixrac olunan malların qiymət indeksi 2012-ci ilin fevral ayında əvvəlki aya nisbətən 106,8%, MDB ölkələrinə ixrac olunan mallar üzrə 100,5%, digər ölkələrə ixrac olunan mallar üzrə isə 107,2% təşkil edib», - deyə Komitədən bildirilib.

Emal mərhələləri üzrə ixrac olunan aralıq məhsullarının qiymətləri 6,9%, istehlak malları 0,8% bahalaşıb, investisiya mallarının qiymətləri 0,2% ucuzlaşıb, digər mallar üzrə isə heç bir dəyişiklik olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR