«Qafqaz İnkişaf Bankı»nın aktivləri I rübdə 40% artıb
24 aprel 2012 14:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Qafqaz İnkişaf Bankı» ASC-nin aktivlərinin həcmi 2012-ci il aprelin 1-nə 62,008 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 40% çoxdur.
Bankın baş ofisindən «AP-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 27% artaraq 9,270 mln. manata, kredit portfeli isə 43% artaraq 55,615 mln. manata çatıb.
Bu müddət ərzində bankın məcmu kapitalı 48% artaraq 14,432 mln. manat, o cümlədən nizamnamə kapitalı 40% artaraq 14 mln. manat təşkil edib.
Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 70% azalaraq 1 515, o cümlədən fiziki şəxslərin sayı 79% azalaraq 940, hüquqi şəxslərin sayı isə 5,5% artaraq 575 olub.
Xatırladaq ki, təsisçisi Azərbaycan, ABŞ, Almaniya, Gürcüstan və Rusiya müəssisələri, bankları, təşkilatları və fiziki şəxslər olan «Qafqaz İnkişaf Bankı» 1996-cı ilin aprelində yaradılıb. Hazırda bankın ölkə üzrə 2 filialı və 59 işçisi var.

Maliyyə
Azərbaycan Mərkəzi Bankının rəhbərliyinə yeni təyinatlar olub
15:02
27 may 2024
Azərbaycanda BOKT-un xalis mənfəəti kəskin azalıb
13:26
27 may 2024
Beynəlxalq Maliyyə Korporasiyasına Avropa üzrə yeni Regional Direktor təyin edilib
12:45
27 may 2024
Palata: İlin sonuna neft sektoru üzrə ÜDM büdcənin dürüstləşmiş göstəricisindən çox olacaq
12:14
27 may 2024