Bank Of Baku

BMT-nin baş katibi: Kriminal biznes öz gəliri ilə G20-də təmsil oluna bilər

BMT-nin baş katibi: Kriminal biznes öz gəliri ilə G20-də təmsil oluna bilər
# 25 aprel 2012 09:17 (UTC +04:00)
Bakı - APA-Economics. Kriminal biznesin illik gəliri 2,1 trln. dollar təşkil edir ki, bu da onu dünyanın 20 ən böyük iqtisadiyyatından birinə çevirir. “APA-Economics”in xəbərinə görə, bu bəyanatla BMT baş katibinin müavini, BMT-nin narkotiklərlə və cinayətkarlıqla mübarizə idarəsinin icraçı direktoru Yuri Fedotov çıxış edib.

Onun sözlərinə görə, BMT-nin hesablamalarına əsasən kriminal biznesin gəlirləri ümumdünya ÜDM-in 3,6%-nə bərabərdir: “Bu isə kriminal biznesi dünyanın 20 ən böyük iqtisadiyyatı ilə bir sıraya qoyur”

“Bu hesablama ilk dəfə olaraq rəhbərlik etdiyim idarə və Dünya Bankı tərəfindən 2009-cu ilin məlumatları əsasında aparılıb” - deyə Y.Fedotov bildirib. Məlum olub ki, inkişaf etməkdə olan ölkələr ildə 40 mlrd. dolları korrupsiya səbəbindən itirir. Qanunsuz insan alveri isə kriminal biznesə 30 mlrd. dolar gəlir gətirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR