Bank Of Baku

Sovet dövründən qalmış əmanətlərlə bağlı birdəfəlik ödəmələrin verilməsi üzrə Xüsusi Komissiyanın ilk iclası keçirilib

Sovet dövründən qalmış əmanətlərlə bağlı birdəfəlik ödəmələrin verilməsi üzrə Xüsusi Komissiyanın ilk iclası keçirilib
# 25 aprel 2012 12:10 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan prezidentinin 14 mart 2012-ci il tarixli fərmanının icrasını təmin etmək məqsədilə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi zamanı yaranmış mübahisəli məsələlərə baxılması, müvafiq qərarların qəbul edilməsi və bu işlərə ümumi nəzarətin həyata keçirilməsi üçün Maliyyə Nazirliyinin nəzdində yaradılmış Xüsusi Komissiyanın ilk iclası keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən xəbərə görə, iclasda Azərbaycanın maliyyə naziri Samir Şərifov da iştirak edib.

Xüsusi Komissiyanın iclasında çıxış edən maliyyə naziri S.Şərifov fərmanın icrasını təmin etmək məqsədilə qarşıya qoyulmuş vəzifələrin müvəffəqiyyətlə icrasını təmin etmək üçün bütün işlərin vaxtında və keyfiyyətlə həyata keçiriləcəyini, fərmanda qeyd olunduğu kimi 01 iyun 2012-ci il tarixindən fərdi birdəfəlik ödəmələrin verilməsinə başlanacağını, bununla bağlı əhali arasında geniş maarifləndirmə işlərinin aparılacağını qeyd edib və müvafiq tapşırıqlar verib.

İclasın işində Maliyyə, Ədliyyə, Daxili İşlər, İqtisadi İnkişaf, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinin, Dövlət Sosial Müdafiə Fondunun və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Xüsusi Komissiyada təmsil olunan nümayəndələri də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR