Bank Of Baku

«Muğan Bank»ın rüblük mənfəəti kəskin artıb

«Muğan Bank»ın rüblük mənfəəti kəskin artıb
# 25 aprel 2012 13:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Muğan Bank» ASC-nin 2012-ci ilin yanvar-mart aylarında əldə etdiyi mənfəətin həcmi 2,282 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin I rübü ilə müqayisədə 95% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın ümumi gəlirləri 24% artaraq 8,931 mln. manata, o cümlədən faiz gəlirləri 18% artaraq 6,117 mln. manata, qeyri-faiz gəlirləri 39% artaraq 2,814 mln. manata çatıb. Bu dövr ərzində bankın xərcləri 10% artaraq 6,649 mln. manat, o cümlədən faiz xərcləri 3,6% artaraq 2,802 mln. manat, qeyri-faiz xərcləri isə 16% artaraq 3,846 mln. manat təşkil edib.

Təhlil aparılan dövr ərzində bankın faiz mənfəəti 34% artaraq 3,315 mln. manat, qeyri-faiz zərəri isə 20% azalaraq 1,032 mln. manat olub.

Xatırladaq ki, təsisçisi dörd fiziki şəxs olan «Muğan Bank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 30 filialı, 51 bankomatı, 96 POS-terminalı və 572 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR