Bank Of Baku

Azərbaycanda əhalinin adambaşına gəlirləri I rübdə 12% artıb

Azərbaycanda əhalinin adambaşına gəlirləri I rübdə 12% artıb
# 26 aprel 2012 08:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin I rübündə Azərbaycanda əhalinin hər nəfərinə düşən gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 12,3% artaraq 792,1 manat və ya orta hesabla ayda 264 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hər nəfərə düşən gəlirlərin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını 9,2 faiz bəndi üstələyib: «Bu dövrdə ölkə əhalisi tərəfindən əldə edilmiş 7,2 mlrd. manatlıq gəlirin 66,4%-i son istehlak xərclərinə, 9,3%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib, 22,1%-i isə yığıma yönəldilib».

Bütün icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 6,6 mlrd. manatlıq və ya əvvəlki ildəkindən 13,9% çox vəsait qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR