Bank Of Baku

Bakıda beynəlxalq bank forumu keçirilir - YENİLƏNİB - FOTOSESSİYA

Bakıda beynəlxalq bank forumu keçirilir - <font color=red>YENİLƏNİB - FOTOSESSİYA</font>
# 26 aprel 2012 08:10 (UTC +04:00)
«APA-Economics»in xəbərinə görə, Azərbaycan Maliyyə Nazirliyi və İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə təşkil olunan forumda 300-dək nümayəndə, o cümlədən dövlət idarəetmə orqanlarının nümayəndələri, bank və birjaların baş menecerləri, xəzinədarlıq departamentlərinin, müxbir münasibətlər idarələrinin, maliyyə institutlarının, banklararası biznesin rəhbərləri və əməkdaşları, FX&MM dilerləri, maliyyə, broker və konsaltinq şirkətlərinin rəhbərləri, ekspertlər və analitiklər iştirak edir.

Tədbirdə çıxış edən Avropa Birliyinin nümayəndəsi İştvan Lengyel öz məruzəsində beynəlxalq banklararası bazarındakı cari vəziyyət, dünya miqyasında iri maliyyə qurumları, investorlar və suveren fondlar haqqında məlumat verib.

Forumun bugünkü sessiyasında «Qazaxıstan bank sisteminin postböhran müddətində inkişafı», «Əmanətlərin sığortalanmasında Rusiyanın təcrübəsi», «Belarus Milli Bankının pul-kredit siyasəti», «Maliyyə sahəsində beynəlxalq əməkdaşlıq», «Ukraynanın banklararası valyuta bazarı», «Pul köçürmələri» kimi mövzularla bağlı məruzələr dinləniləcək. «Muğanbank»ın Müşahidə Şurasının üzvü Şaiq Ələkbərov «Banklararası forum - beynəlxalq bank cəmiyyətinin gələcək inkişafı və qarşılıqlı inteqrasiya vəsaiti kimi» və Xəzinədarlıq Departamentinin direktoru Konstantin Rəsulov «Bank FOREX-də işləməyin təhlükəsizlik və uğurun qarantı» mövzusunda çıxış edəcəklər.

Tədbirdə avrozona, yaxın və uzaq ölkələrin bank sistemlərində hazırkı vəziyyət təhlil ediləcək, banklararası biznesin bu günə olan inkişafı nəticələri yekunlaşdırılacaq, gələcək illər üçün proqnozlar veriləcək. Forumda bankların əməkdaşlıq problemləri və banklararası bazarın tənzimlənməsi üzrə tələblərin, o cümlədən kredit təşkilatının kapitalı üzrə tələblərin artması şəraitində inkişaf, bank aktivlərinin gəlirliyinin artması məsələləri, risklərin idarə edilməsi, korporativ idarə etmə keyfiyyətinin yeni standartlarının tətbiq edilməsi müzakirələrin əsas mövzularından olacaq.
Forum iştirakçılara fikir mübadiləsi aparmaq, həmkarların topladığı təcrübəni yekunlaşdırmaq, ən mühüm məsələləri müzakirə etmək, maliyyə bazarlarının müxtəlif seqmentləri işinin effektivliyini qiymətləndirmək üçün nadir imkanlar yaradır.
Xatırladaq ki, forum aprel 27-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR