Azərbaycanda AZIPS sistemi üzrə ödənişlərin həcmi artıb

Azərbaycanda AZIPS sistemi üzrə ödənişlərin həcmi artıb
# 02 iyun 2012 15:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının Banklararası Milli Hesablaşmalar Sistemi (AZIPS) ilə həyata keçirdiyi ödənişlərin həcmi 2012-ci ilin mart ayında 8,378 mlrd. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, fevral ayı ilə müqayisədə bu göstərici 542 mln. manat və ya 6,9%, 2011-ci ilin martına nisbətən isə 412 mln. manat və ya 5,2% artıb.

Mart ayı ərzində ödənişlərin sayı 3 min və ya 9,7% artaraq 34 minə bərabər olub. Eyni zamanda, 2011-ci ilin mart ayı ilə müqayisədə ödənişlərin sayında artım 26% təşkil edib.

Martda bir ödənişin ortalama həcmi 246,4 min manata bərabər olub ki, bu da əvvəlki aya nisbətən 2,5%, ötən ilin martına nisbətən isə 16,5% azdır. Beləliklə, ödənişlərin sayı və həcmində baş verən artım fonunda ödənişlər üzrə xırdalanma müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR