«Rabitabank» nizamnamə kapitalını artırır

«Rabitabank» nizamnamə kapitalını artırır
# 04 iyun 2012 13:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «Rabitabank» ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 20,29 manat, sayı 134 100 ədəd, emissiyanın ümumi həcmi isə 2 720 889 manat təşkil edir.

Yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsi ilə keçiriləcək və başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 14,4% artaraq 21 605 928 manata çatacaq. Səhmlərin yerləşdirilməsində anderrayter rolunda «Chelsea Capital» MMC çıxış edəcək.

Qeyd edək ki, «Rabitabank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın nizamnamə kapitalı 18,9 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR